...

DÇ-2018: İran 90+5-də sevindi (VİDEO)

İdman Materials 15 İyun 2018 21:01 (UTC +04:00)
Rusiyada futbol üzrə dünya çempionatı davam edir
DÇ-2018: İran 90+5-də sevindi (VİDEO)

Bakı. Trend:

Rusiyada futbol üzrə dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, çempionatın ikinci günündə B qrupunda yer alan Mərakeş və İran yığmaları üz-üzə gəliblər.

Oyunun 90 +5-ci dəqiqəsində Mərakeşin hücumçusu A.Buhadduz öz qapısına baxımlı qol vuraraq qələbəni İran yığmasına hədiyyə etdi.

Hazırkı vəziyyətə görə, Portuqaliya və İspaniya yığmalarınında yer aldığı B qrupunda 3 xal toplayan İran liderdir.

Xatırladaq ki, bu gün saat 22:00-da B qrupu üzrə Portuqaliya - İspaniya matçı keçiriləcək.

Qeyd edək ki, iyulun 15-dək davam edəcək 21-ci mundialda 32 komanda 8 qrupda yarışacaq.

Oyunları Moskva (“Lujniki” və “Spartak” stadionları), Sankt-Peterburq (“Sankt-Peterburq”), Soçi ("Fişt"), Kazan (“Kazan Arena”), Kalininqrad (“Kalininqrad”), Nijni Novqorod (“Nijni Novqorod”), Volqoqrad (“Volqoqrad Arena”), Samara (“Samara Arena”), Saransk (“Mordoviya Arena”), Rostov-na-Don (“Rostov Arena”) və Yekaterinburq şəhərlərində (“Yekaterinburq Arena”) 12 stadionda keçiriləcək.

İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti