...

Gələn ay güləşçilərimiz iki beynəlxalq turnirə qatılacaq

İdman Materials 27 İyun 2018 13:27 (UTC +04:00)
Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır
Gələn ay güləşçilərimiz iki beynəlxalq turnirə qatılacaq

Bakı. Trend:

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri iyunun 24-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Yığma komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu toplanışa yığmanın üzvü olan 22 idmançını cəlb edib. 7 iyula qədər davam edəcək ümumi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışından sonra yığma üzvləri Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirəcək və 27-29 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək.

Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri isə iyulun 2-dən etibarən Türkiyəyə yollanacaq. Baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq heyətə əsas yığma ilə yanaşı, gənclərdən ibarət komandanın üzvlərindən də bir neçəsini cəlb edib.

Ümumilikdə 16 yunan-Roma güləşçisi qonşu ölkədə hazırlıq keçəcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra yığma üzvləri 20-22 iyul tarixlərində İstanbulda keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti