...

Gənc sərbəst güləşçilərimiz Avropa çempionatına yollanır (FOTO)

İdman Materials 31 İyul 2018 10:56 (UTC +04:00)
İtaliyanın paytaxtı Romada keçirilən gənclərin Avropa çempionatı üçün sərbəst güləş üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.
Gənc sərbəst güləşçilərimiz Avropa çempionatına yollanır (FOTO)

Bakı. Trend:

İtaliyanın paytaxtı Romada keçirilən gənclərin Avropa çempionatı üçün sərbəst güləş üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Trend-in məlumatına görə, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında çempionatda iştirak edəcək komandanın heyətində 10 idmançı yer alıb.

Çempionatda Azərbaycanı Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmoyev (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcək.

Qeyd edək ki, sərbəst güləşçilər 3-5 avqustda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti