...

İngiltərə Superkubokunun sahibi bəlli oldu (VİDEO)

İdman Materials 5 Avqust 2018 19:57 (UTC +04:00)
Superkubok uğrunda matçda “Çelsi” və “Mançester Siti” klubları üz-üzə gəlib
İngiltərə Superkubokunun sahibi bəlli oldu (VİDEO)

Bakı. Tural Turan - Trend:

Superkubok uğrunda matçda Premyer-Liqanın qalibi “Mançester Siti” və İngiltərə Kubokunun sahibi “Çelsi” üz-üzə gəlib.

Trend-in məlumatına görə, oyun “Uembli” stadionunda keçirilib. “Mançester Siti”nin hücumçusu Kun Aquero rəqibin qapısına 13-cü və 58-ci dəqiqələrdə qol vurub. Oyun 2:0 hesabı ilə başa çatıb.

Xatırladaq ki, Mançester Siti tarixi ərzində beşinci dəfə Superkubokun qalibi olur. Daha əvvəl klub 1937, 1968, 1972 və 2012-ci illərdə Superkuboka sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti