...

Alman cüdoçu: “Azərbaycan yığmasının cüdoçuları çox güclü rəqibdir”

İdman Materials 18 Sentyabr 2018 11:21 (UTC +04:00)
Dünya çempionatının startını səbrsizliklə gözləyirəm.
Alman cüdoçu: “Azərbaycan yığmasının cüdoçuları çox güclü rəqibdir”

Bakı. Trend:

Dünya çempionatının startını səbrsizliklə gözləyirəm. Yarışa çox yaxşı hazırlaşmışam. Bütün gücümü sərf etmişəm və müsbət nəticəyə ümid edirəm.

Trend-in məlumatına görə, bunu Almaniya millisinin cüdoçusu Aleksandr Viçerzak Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.

Ötən il Macarıstanın paytaxtı Budapeştdəki mundialda 81 kq çəki dərəcəsində qızıl medal qazanmış 27 yaşlı idmançı eyni uğuru təkarlamağa çalışacağını söyləyib.

Azərbaycan yığmasının cüdoçularını çox güclü rəqib adlandıran Viçerzak komandanın heyətində dünya səviyyəli idmançıların yer aldığını vurğulayıb. Baxmayaraq ki, onun çəkisində yerli cüdoçu yer almayacaq.

Qeyd edək ki, Aleksandr Viçerzak “Bakı 2015” I Avropa Oyunlarının bürünc medalçısıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti