...

Qurban Qurbanov: İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik

İdman Materials 21 Sentyabr 2018 09:38 (UTC +04:00)
İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.
Qurban Qurbanov: İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik

Bakı. Trend:

İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik.

Trend-in məlumatına görə, bunu Avropa Liqası çərçivəsində ötən gün Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşmadan sonra (2:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Q.Qurbanov rəqibi qələbə münasibətilə təbrik edib: "Öz oyunumuza gəlincə, narazı qaldığım məqam yoxdur. Futbolçularım pis təsir bağışlamadılar, hər şey düşündüyümüz kimi gedirdi. Sadəcə, iki kobud səhv etdik və qollar buraxdıq".

Baş məşqçi futbolçularından razı olduğunu da bildirib: "İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti