...

Güləşçilərimiz dünya çempionatına hazırlığa başlayıblar

İdman Materials 1 Oktyabr 2018 12:59 (UTC +04:00)
Güləşçilərimiz dünya çempionatına hazırlığa başlayıblar.
Güləşçilərimiz dünya çempionatına hazırlığa başlayıblar

Trend-i buradan izləyin

Bakı. Trend:

Oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyan hazırlıq prosesinə əvvəlcə sərbəst güləş üzrə millimiz start verib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında bu gündən Olimpiya Güləş Mərkəzində başlayan məşqlər oktyabrın 18-dək davam edəcək.

Yunan-Roma güləşçilərimiz sabahdan baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov və məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin başçılığı altında mundialın hazırlıqlarına start verəcək. Təlim-məşq toplanışı oktyabrın 23-də yekunlaşacaq.

Qadınlardan ibarət yığmamız isə dünya çempionatına Türkiyədə hazırlaşacaq. Oktyabrın 5-dən 20-dək baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında İstanbulda toplanış keçəcək millimiz Macarıstana da Türkiyədən yola düşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti