...

Sərbəst güləşçilərimiz “Ugra Open”də yarışacaqlar

İdman Materials 11 Oktyabr 2018 10:12 (UTC +04:00)
Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçiriləcək.
Sərbəst güləşçilərimiz “Ugra Open”də yarışacaqlar

Bakı. Trend:

Oktyabrın 12-dən 14-dək Rusiyanın Nefteyuqansk şəhərində sərbəst güləş üzrə Vladimir Semyonovun mükafatı uğrunda “Ugra Open” turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, ənənəvi xarakter daşıyan yarışda yığmamızın məşqçisi Nazim Əlicanovun rəhbərliyi altında 7 idmançı - Əfqan Xaşalov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (70 kq), Ravil Babazadə, İbrahim Yusibov (hər ikisi 79 kq), Cavid Sadıqov (92 kq) və Roman Bəkirov (97 kq) mübarizə aparacaq.

Beynəlxalq dərəcəli hakim Sədi Quliyev turnirdə ədaləti qoruyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti