...

UEFA Çempionlar Liqasının üçüncü turunun oyunları keçirilib (VİDEO)

İdman Materials 25 Oktyabr 2018 02:20 (UTC +04:00)
UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.
UEFA Çempionlar Liqasının üçüncü turunun oyunları keçirilib (VİDEO)

Bakı. Trend:

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Trend-in məlumatına görə, Parisdə “PSJ” ilə İtaliyanın "Napoli" komandaları arasında matçda qalib müəyyən edilməyib. "Park de Prens" stadionunda baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb."Napoli"nin heyətində vurulan qolların müəllifi İnsinye, Mertens və öz qapısına qol vuran Mariu Ruy olub. “PSJ” məğlubiyyətdən oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə di Mariyanın vurduğu qolla xilas olub.

Paralel keçən qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

"Borussiya Dortmund" (Almaniya) – "Atletiko M" (İspaniya) - 4:0

"Brügge" (Belçika) – "Monako" (Fransa) - 1:1

"Barselona" (İspaniya) – "İnter" (İtaliya) - 2:0

"PSV" (Niderland) – "Tottenhem" (İngiltərə) - 2:2

Qollar: 1:0 – Losano – 29, 1:1 – Lukas Moura – 39, 1:2 – Keyn – 54, 2:2 – de Yonq – 87

"Liverpul" (İngiltərə) – "Srvena Zvezda" (Serbiya) - 4:0

"Qalatasaray" (Türkiyə) – "Şalke-04" (Almaniya) - 0:0

"Lokomotiv" (Rusiya) – "Portu" (Portuqaliya) - 1:3

Məqalədə:
Xəbər lenti

Xəbər lenti