...

Yelizaveta Luzan: Qızıl medalı ölkəyə və Azərbaycan Gimnastika Federasiyasına həsr edirəm

İdman Materials 25 Oktyabr 2018 18:36 (UTC +04:00)
Azərbaycanlı gimnast Yelizaveta Luzan Azərbaycanı təmsil etməkdən qürur duyur
Yelizaveta Luzan: Qızıl medalı ölkəyə və Azərbaycan Gimnastika Federasiyasına həsr edirəm

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanlı gimnast Yelizaveta Luzan Azərbaycanı təmsil etməkdən qürur duyur.

Bunu Trend-ə Yeniyetmələrin 3-cü Yay Olimpiya Oyunlarının qalibləri və iştirakçılarının qarşılanması mərasimində gimnast Yelizaveta Luzan deyib.

O qızıl mükafat alarkən fəxri kürsüdə Azərbaycan adına fəxr etdiyini deyib:

“Mən qızıl medalı ölkəyə və Azərbaycan Gimnastika Federasiyasına həsr edirəm. Bizim üçün yaradılan ən gözəl şəraitə görə Federasiyaya minnətdarlığımı bildirirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti