...

Boks üzrə Azərbaycan çempionatı başlayıb

İdman Materials 27 Noyabr 2018 10:43 (UTC +04:00)
Noyabrın 26-da böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start verilib.
Boks üzrə Azərbaycan çempionatı başlayıb

Bakı. Trend:

Noyabrın 26-da böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start verilib.

Trend-in məlumatına görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 138 kişi boksçu qatılıb.

Qaliblərin adına isə noyabrın 30-da aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti