...

Yeniyetmə taekvondoçumuz Avropa birinciliyində ikinci oldu

İdman Materials 30 Noyabr 2018 14:19 (UTC +04:00)
Yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyinə start verilib.
Yeniyetmə taekvondoçumuz Avropa birinciliyində ikinci oldu

Bakı. Trend:

Yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyinə start verilib.

Trend Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir ki, İspaniyanın Marina Dor şəhərində təşkil edilən Avropa birinciliyində 11 taekcondoçu ilə təmsil olunan komandamızın üzvü gümüş medal qazanıb.

Belə ki, -37 kq çəki dərəcəsində mübarizə aparan Rahid Vəliyev Fransa (21:19), Türkiyə (13:10) və Rusiyadan (26:04) olan rəqiblərinə qalib gəlib. Yarımfinalda yenə rusiyalı idmançı ilə qarşılaşan taekvondoçumuz (7-6) qalib olaraq finala yüksəlib.

Finalda Danimarka təmsilçisi ilə maraqlı mübarizə şəraitində keçən döyüşdə məğlub (32-35) olaraq yarışı gümüş medalla başa vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti