...

Məşqçi: Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm

İdman Materials 6 Dekabr 2018 17:21 (UTC +04:00)
Gəncə-Naftalan sağlamlıq mərkəzinin məşqçisi Larisa Aulina il ərzində keçirilən tədbirlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib
Məşqçi: Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm

Bakı. Cani Babayeva - Trend:

Gəncə-Naftalan sağlamlıq mərkəzinin məşqçisi Larisa Aulina il ərzində keçirilən tədbirlərə görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirib.

Bunu məşqçi özü Trend-ə bildirib.

O deyib: “Mən il ərzində keçirilən tədbirlərə - yarışlar, ustad dərsləri, seminarlara görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm. Bu, bizim ustalığımızın artması və gimnastlara dəstək üçün böyük əhəmiyyət daşıyır. Keçirilən yarışlar isə uşaqlarda böyük həvəs yaradır”.

L.Aulina vurğulayıb ki, Gəncə AGF tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir:

“Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci Bölgələrarası kubokda iştirak üçün biz ən istedadlı uşaqları seçmişik. Yarışda bizim 11 gimnastımız çıxış edir. Ümid edirik ki, Gəncəni layiqincə təmsil edəcəyik”.

Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilir.

Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparacaqlar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alacaqlar.

Turnirin son günü isə Bölgələrarası Kubok start götürəcək. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdirəcəklər.

Yarışların ən maraqlı məqamı da məhz son günə təsadüf edəcək. Belə ki, ötən il olduğu kimi, bu il də təşkilatçılar “Qızıl Yaş” adlı şou hazırlayaraq, tamaşaçılara məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələri təqdim edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti