...

Şəhriyar Məmmədyarov bu dəfə də tarix yazdı

İdman Materials 29 Dekabr 2018 00:06 (UTC +04:00)
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən rapid növü üzrə dünya çempionatında gümüş medal qazanıb
Şəhriyar Məmmədyarov bu dəfə də tarix yazdı

Bakı. Tural Turan - Trend:

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən rapid növü üzrə dünya çempionatında gümüş medal qazanıb.

Trend-in məlumatına görə, Məmmədyarov 10,5 xalla ikinci olub və gümüş medal qazanıb.

Onun son turda heç-heçə etdiyi rusiyalı Daniil Dubov isə 11 xalla dünya çempionu olub. Bürünc medala isə 10,5 xalla ABŞ təmsilçisi Hikaru Nakamura sahib çıxıb.

Azərbaycanın digər təmsilçiləri Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci olub.

Çinli Syuy Ventszyun 10 xalla dünya çempionu adını qazanıb. İranlı Sarasadat Xademəlşəriyə 9 xalla gümüş, eyni xala malik rusiyalı Aleksandra Qoryaçkina bürünc medal əldə edib.

Azərbaycanlı qadın şahmatçılarımız Gülnar Məmmədova 7,5 xalla 18-ci, Günay Məmmədzadə 7 xalla 39-cu yeri tutub. Hərəyə 5,5 xal yığan bacılardan Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub.

Qeyd edək ki, dünya şahmat reytinqinin lideri norveçli Maqnus Karlsen rapid növündə 5-ci yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti