...

Azərbaycan yığması Las-Veqasda dünya birinciliyində iştirak edəcək

İdman Materials 28 Fevral 2019 15:16 (UTC +04:00)
Martın 8-15-də ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında VIII dünya birinciliyi keçiriləcək.
Azərbaycan yığması Las-Veqasda dünya birinciliyində iştirak edəcək

Bakı. Trend:

Martın 8-15-də ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında VIII dünya birinciliyi keçiriləcək. Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışa milli komandamız da qatılacaq.

Dünya birinciliyində baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Ömər Cavadov (55 kq), Elşən Məmmədov (61 kq), Rüstəm Qasımov (67 kq), Əli Şükürlü (96 kq) və Rəhman Kazımov (+102 kq) nəyə qadir olduğunu nümayiş etdirəcəklər.

Qeyd edək ki, dünya birinciliyin 50 ölkədən 200-dən çox atlet mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti