Bakı. Trend:
İngiltərənin "Arsenal " komandası səfərdə Fransanın "Renn" komandasına məğlub olub.
Trend-in məlumatına görə, Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən oyun 3:1 hesabı ilə yekunlaşıb.
Qaliblərin heyətində Benjamin Buriqo (42-ci dəqiqə), İsmaila Sarr (88-ci dəqiqə), "Arsenal"ın heyətində isə Aleks Şvobi (4-cü dəqiqə) və avtoqola imza atan Naço Monreal fərqləniblər.
Oyunun 41-ci dəqiqəsində ikinci sarı kartı alaraq qonaq komandanın müdafiəçisi Sokratis Papastatopulos meydandan qovulub.
Parallel oyunların nəticələri: "Ayntraxt" (Almaniya) - "İnter (İtaliya) - 0:0, "Dinamo" (Xorvatiya) - Benfika (Portuqaliya) - 1:0, "Sevilya" (İspniya) - Slaviya (Çexiya) - 2:2.
Cavab qarşılaşmalar fevralın 14-də keçiriləcək.