Bakı. Trend:
Azərbaycan Premyer Liqasının XX turunun “Zirə” ilə görüşü “Qarabağ” üçün yubileylə əlamətdar olub.
Trend PFL-ə istinadən məlumat verir ki, öz meydanında 0:0 hesablı heç-heçə edən Ağdam klubu Azərbaycan çempionatlarında 75-ci dəfə evdə 1 xal qazanıb.
1992-ci ildən keçirilən çempionatda 379 dəfə öz meydanında qüvvəsini sınayan komanda bunların təxminən 19,8 faizində heç-heçə edib.
“Qarabağ” evdəki bərabərlik sayında ikinci yerdədir. Öz meydanında ən çox heç-heçə edən klub isə “Neftçi”dir. Bakılılar evdə 83 sülhə imza atıblar.