Bakı. Rauf Quliyev - Trend:
2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsində Xorvatiya yığması Azərbaycan komandasını qəbul edib.
Trend-in məlumatına görə, "E" qrupu çərçivəsində Zaqrebdə keçirilən oyunda millimizin hesabı açmasına baxmayaraq, nəticədə meydan sahibləri qalib gəlib.
Matçda hesabı 19-cu dəqiqədə yığmamızın hücumçusu Ramil Şeydayev açıb. Oyunun 44-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Borna Barisiç hesabı bərabərləşdirib - 1:1. 79-cu dəqiqədə Xorvatiya millisinin futbolçusu Andrey Kramariç komandasını hesabda irəli çıxarıb - 2:1.
Qrupun digər oyunu Trnava şəhərində baş tutub. Slovakiya komandası Macarıstan yığmasını qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ramil Şeydayev 19'
Borna Barisiç 44'
Andrey Kramariç 79'