...

İdmançımız Sahib Əhədov Avropa çempionatının finalında (FOTO)

İdman Materials 30 Mart 2019 14:32 (UTC +04:00)
Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib.
İdmançımız Sahib Əhədov Avropa çempionatının finalında (FOTO)

Bakı. Trend:

Para-karate üzrə milli komandanın üzvü, dünya ikincisi Sahib Əhədov Avropa çempionatının finalına yüksəlib.

Trend-in məlumatına görə, gözdən zəif idmançılar arasında 3 idmançıdan ibarət qrupda Moldova və Rusiyalı rəqiblərini qabaqlayan S.Əhədov 39.94 xalla qrup lideri olub. 30 martda həlledici görüşdə karateçimizin rəqibi Zviadi Vasadze (Gürcüstan) olacaq.

3 dərəcə üzrə Para-karateçilər arasında Avropa çempionatına 16 ölkədən 46 idmançı qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti