...

Karateçilərimiz daha bir mötəbər yarışa qatılacaq

İdman Materials 15 Aprel 2019 13:14 (UTC +04:00)
Azərbaycan karateçilərindən ibarət milli komanda həftəsonu Mərakeşin paytaxtı Rabatda Karate1 seriyasından Premyer Liqa turnirinə qatılacaq.
Karateçilərimiz daha bir mötəbər yarışa qatılacaq

Bakı. Trend:

Azərbaycan karateçilərindən ibarət milli komanda həftəsonu Mərakeşin paytaxtı Rabatda Karate1 seriyasından Premyer Liqa turnirinə qatılacaq.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, 19-21 aprel tarixlərində nüfuzlu yarışda 14 idmançımız iştirak edəcək.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komanda heyətində Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), həmçinin Şahin Atamov və Asiman Qurbanlı (+84 kq) yer alıb. Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyevaya (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq) və İrina Zaretskanın (-68 kq) çıxışına üstünlük verib.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Romah Heydərovun yarışa qatılmasını məqbul sayıb. Mərakeşdə liqa turnirinə yollanan heyətdə baş katib Mirhəsən Seyidov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var. Karate1 Premyer Liqa turnirin Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq. Nəticələr dünya və olimpiya reytinq cədvəlinə təsir edəcək.

Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti