...

Tamaşaçı: “AGF Junior Trophy” beynəlxalq turniri yüksək səviyyədə keçir

İdman Materials 20 Aprel 2019 13:13 (UTC +04:00)
Bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” yarışı yüksək səviyyədə keçir
Tamaşaçı: “AGF Junior Trophy” beynəlxalq turniri yüksək səviyyədə keçir

Bakı. Cani Babayeva - Trend:

Bədii gimnastika üzrə 2-ci “AGF Junior Trophy” yarışı yüksək səviyyədə keçir.

Bunu Trend-ə turnirin tamaşaçısı Səbinə Nağıyeva deyib.

O, bu idman növünü sevdiyini və qızını bədii gimnastikaya qoyduğunu bildirib:

“İstərdim ki, qızım bu idman növündə nailiyyət qazansın və beynəlxalq yarışlarda iştirak etsin. Azərbaycanlı gimnastlara bu yarışda qələbə arzulayıram, onlar öz qətiyyəti ilə buna layiqdir”.

Səbinə Nağıyevanın qızı Məryəm isə Milli Gimnastika Arenasına ilk dəfə gəldiyini və yarışlara maraqla baxdığını bildirib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkədən 130-a yaxın gənc bədii gimnast iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçirilən gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarında əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edirlər. İştirakçılar həm fərdi, həm də qrup hərəkətləri proqramında mübarizə aparırlar.

Ayın 21-dək davam edəcək yarışda qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Ölkəmizi bu turnirdə fərdi gimnastlar Nərminə Səmədova, Nərmin Bayramova, 2018-ci il Avropa çempionatının gənclər arasında bürünc medalçısı Arzu Cəlilova, qrup komandasının tərkibində isə Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadə təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti