...

Azərbaycanlı gimnast Nərminə Səmədova II AGF Junior Trophy beynəlxalq turnirində bürünc medal qazanıb

İdman Materials 21 Aprel 2019 13:17 (UTC +04:00)
Azərbaycan gimnastı Nərminə Səmədova bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində topla hərəkətlərdə 18.350 bal toplayaraq bürünc medal qazanıb
Azərbaycanlı gimnast Nərminə Səmədova II AGF Junior Trophy beynəlxalq turnirində bürünc medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastı Nərminə Səmədova bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində topla hərəkətlərdə 18.350 bal toplayaraq bürünc medal qazanıb.

Trend-in məlumatına görə, qızıl medalı Rusiya təmsilçisi Anastasiya Simakova (19.700 bal), gümüş medalı isə italiyalı gimnast Sofiya Raffaelli (19.300 bal) qazanıblar.

Topla hərəkətlərdə çıxış edən Azərbaycanın digər təmsilçisi Arzu Cəlilova 16.100 bal toplayıb və səkkizinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Xəbər lenti

Xəbər lenti