...

Valtteri Bottas “Formula 1” bolidlərinin aerodinamikasının dəyişməsi barədə

İdman Materials 25 Aprel 2019 11:48 (UTC +04:00)
Bu il “Formula 1” bolidlərinin aerodinamikası kəskin şəkildə dəyişib
Valtteri Bottas “Formula 1” bolidlərinin aerodinamikasının dəyişməsi barədə

Bakı. Trend:

Bu il “Formula 1” bolidlərinin aerodinamikası kəskin şəkildə dəyişib.

Trend-in məlumatına görə, bunu Formula 1 Azərbaycan Qran prisi ərəfəsində “Mercedes” komandasının finlandiyalı pilotu Valtteri Bottas deyib.

O bildirib ki, trasla hərəkət edərkən öndəki bolidin təsir gücü daha da azalıb və bolid indi özünü daha rahat aparır:

“Mənə elə gəlir ki, bu il bolidlər daha çox sıxılma gücü yaradır, amma pilot öndəki bolidin yaratdığı hava boşluğunun təsirindədirsə, onun bolidinin qanadları normal işləməyə bilər. İstənilən halda bu il bolid pilotun idarəetməsindən çıxmağa çalışmır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti