...

Fransalı gimnast: Bakı tamaşaçılarının dəstəyi çıxışlara hazır olmaqda kömək edir

İdman Materials 27 Aprel 2019 04:24 (UTC +04:00)
Bakı tamaşaçılarının dəstəyi çıxışlara hazır olmaqda kömək edir
Fransalı gimnast: Bakı tamaşaçılarının dəstəyi çıxışlara hazır olmaqda kömək edir

Bakı. Cani Babayeva - Trend:

Bakı tamaşaçılarının dəstəyi çıxışlara hazır olmaqda kömək edir.

Bunu Trend-ə fransalı gimnast Kseniya Mustafayeva bildirib.

Gimnast deyib: "Tamaşaçılar zalda məni elə yaxşı dəstəkləyirlər, sanki mən Azərbaycanı təmsil edirəm və bu, çox xoşdur. Milli Gimnastika Arenasında şərait möhtəşəmdir - hər yerdə xalçalar salınıb və istənilən vaxt məşq etmək mümkündür".

K.Mustafayeva qeyd edib ki, tamaşacılar bütün qadın idmançılar eyni səviyyədə azarkeşlik edirlər.

Fransız gimnast deyib ki, bu gun o, bəzi səhvlərə yol verib:

"Amma bundan sonra çalışmaq lazımdır. Ümid edirəm ki, finala yüksələcəyəm".

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti