...

Aerobika gimnastikası üzrə Avropa çempionatında sevinc və heyranlıq (FOTO)

İdman Materials 25 May 2019 13:36 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ikinci günü davam edir
Aerobika gimnastikası üzrə Avropa çempionatında sevinc və heyranlıq (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ikinci günü davam edir.

Trend-in məlumatına görə, yarışları bir çox ölkələrdən tamaşaçılar izləyir.

Gimnastların baxımlı çıxışları ilə yanaşı, Avropa çempionatının maskotu Luici adlı meymun da tamaşaçılara müsbət emosiyalar çatdırır. Onun meydançada peyda olması həm idmançılar, həm də azarkeşlərin sevincinə və heyranlığına səbəb olur.

Luici obrazını iki peşəkar aktyor Skott Hesinqton və Barri Anderson canlandırır.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti