...

Karateçimiz İkinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb

İdman Materials 29 İyun 2019 20:19 (UTC +04:00)
Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) “Minsk 2019” ikinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb
Karateçimiz İkinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb

Bakı. Trend:

Azərbaycan karateçisi Asiman Qurbanlı (+84 kq) “Minsk 2019” ikinci Avropa Oyunlarında ölkəmizin aktivinə 5-ci qızıl medalı yazdırıb.

Trend-in məlumatına görə, karateçimiz finalda xorvatiyalı Andcela Kvesiçə 5:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, idmançımız yarımfinalda gürcüstanlı Qoqita Arkaniyaya 8:0 hesabı ilə qalıb gəlib.

Bununla da Azərbaycan millisi “Minsk 2019” ikinci Avropa Oyunlarında beşinci qızıl medalını qazanıb. Qızıl medalları ölkəmizin aktivinə güləşçilərimiz Mahir Əmiraslanov, Hacı Əliyev, Mariya Stadnik, boksçumuz Loren Alfonso Domingez və karateçimiz Asiman Qurbanlı yazdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti