...

Buffon yenidən "Yuventus"a qayıtdı

İdman Materials 4 İyul 2019 18:16 (UTC +04:00)
PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu "Yuventus"a qayıdıb.
Buffon yenidən "Yuventus"a qayıtdı

Bakı. Trend:

PSJ-dən ayrılan əfsanəvi italiyalı qapıçı Canluici Buffon sabiq klubu "Yuventus"a qayıdıb.

Trend-in məlumatına görə, 41 yaşlı qapıçı tibbi müayinədən keçmək üçün artıq Turinə gəlib. Müayinədən sonra sabiq klubu ilə bir illik müqavilə imzalayacaq.

Qeyd edilir ki, italiyalı qapıçı bir il ərzində 1,5 milyon avro maaş və bonuslar alacaq.

Xatırladaq ki, C.Buffon 2002-ci ildə "Parma"dan 52,8 milyon avroya "Yuventus"a keçmişdi. İtaliya millisinin keçmiş üzvü ötən yay PSJ ilə müqavilə bağlamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti