...

Avropa Gənclər Yay Olimpiya Festivalı: Türkiyə tennisçiləri yarışa qələbə ilə başlayıblar

İdman Materials 21 İyul 2019 13:22 (UTC +04:00)
Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında ilk görüşlərin nəticələri məlum olub
Avropa Gənclər Yay Olimpiya Festivalı: Türkiyə tennisçiləri yarışa qələbə ilə başlayıblar

Bakı. Trend:

Bakı Tennis Akademiyasında “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarında ilk görüşlərin nəticələri məlum olub.

Trend-in məlumatına görə, fərdi yarışlarda israilli Maya Bazalel Belçika idmançısı Hanne Vandevınkeli 6 (10):7, 6:4, 10:8, sloveniyalı Petja Drame Böyük Britaniyalı Andrea Pinedanı 6:3, 6:1, türkiyəli Toğan Tokac xorvatiyalı Noa Vukadini 6:2, 6:1, Türkiyənin digər təmsilçisi Melisa Senli kosovalı Vesa Gjinajı 6:1,6:1, Bidny Yehonathan (İsrail) Barton Hyneki (Çex Respublikası) 7:5, 6:2, Maria Şolokova (Rusiya) Suana Tucakoviçi (Bosniya və Herseqovina) 6:2, 6:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək.

XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti