...

"EYOF Bakı-2019": İdman gimnastikası üzrə yarışlar mükəmməl təşkil edilib - rusiyalı məşqçi

İdman Materials 25 İyul 2019 02:33 (UTC +04:00)
Bakıda idman gimnastikası üzrə yarışlar mükəmməl təşkil edilib
"EYOF Bakı-2019": İdman gimnastikası üzrə yarışlar mükəmməl təşkil edilib - rusiyalı məşqçi

Bakı. Trend:

Bakıda idman gimnastikası üzrə yarışlar mükəmməl təşkil edilib. Bunu Trend-ə Rusiya yığmasının məşqçisi Olqa Petroviçeva deyib.

O.Petroviçeva bildirib: "Gimnastika Arenasının zalı - mükəmməldir, kömək lazım olduğu halda müraciət etməyə həmişə adam var".

Öz tələbələrinin çıxışları haqqında danışan məşqçi qeyd edib ki, gimnastlar çox yaxşı çıxış ediblər: "Viktoriya Listuova çox yaxşı çıxış etdi, o, komandaya çox kömək etdi. Yana Vorona dayaqlı tullanmada gözəl çıxış etdi".

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü keçirilib.

İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparıb. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edir.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti