...

"EYOF Bakı-2019": Tribunalarda dostluq mühiti hökm sürür - idman gimnastikası yarışlarının tamaşaçısı

İdman Materials 24 İyul 2019 22:56 (UTC +04:00)
XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar yüksək səviyyədə keçir
"EYOF Bakı-2019": Tribunalarda dostluq mühiti hökm sürür -  idman gimnastikası yarışlarının tamaşaçısı

Bakı. Trend:

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar yüksək səviyyədə keçir. Bunu Trend-ə yarışların tamaşaçısı Günel Eyvazova deyib.

G.Eyvazova bildirib: "İdman gimnastikası üzrə yarışları, idmançıların çətin hərəkətləri yerinə yetirməsini izləmək çox maraqlıdır. Tribunalarda pozitiv və dostluq mühiti hökm sürür. Biz yarışlarda iştirak edən bütün idmançılara azarkeşlik edirik".

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü keçirilib.

İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparıb. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edir.

Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti