...

UEFA Çempionlar Liqası: "Qarabağ" APOEL səfərindən qələbə ilə dönür

İdman Materials 6 Avqust 2019 22:56 (UTC +04:00)
Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib
UEFA Çempionlar Liqası: "Qarabağ" APOEL səfərindən qələbə ilə dönür

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib.

Trend-in məlumatına görə, Azərbaycanın "Qarabağ" klubu Kiprin APOEL klubunun qonağı olub. Oyun "Qarabağ"ın 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları M.Emreli (57-ci dəqiqə), M.Geye (69-cu dəqiqə) və G.Merkis (90+5-ci dəqiqə) vurublar.

Qeyd edək ki, cavab oyunu avqustun 13-ü Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti