...

Alman gimnast: Milli Gimnastika Arenası xoş təsir bağışlayır

İdman Materials 21 Sentyabr 2019 17:26 (UTC +04:00)
Biz Bakıya xoş əhval-ruhiyyədə və pozutiv fikirlərlə gəlmişik.
Alman gimnast: Milli Gimnastika Arenası xoş təsir bağışlayır

Bakı. Cani Babayeva - Trend:

Biz Bakıya xoş əhval-ruhiyyədə və pozutiv fikirlərlə gəlmişik.

Bunu Trend-ə bədii gimnastika üzrə 37-ci dünya çempionatında iştirak etmək üçün Azərbaycana gələn Almaniya gimnastika yığmasının kapitanı Daniela Xuber qrup hərəkətləri üzrə yarışlardan sonra deyib.

Alman gimnast bildirib: "Bakıda yarışların təşkili yüksək səviyyədədir, çox xoşuma gəldi. Milli Gimnastika Arenasının zalı isə həm geniş, həm də çox gözəl görünür. Arena xoş təsir bağışlayır".

Komandasının çıxışından danışan gimnast vurğulayıb ki, bütün idmançılar öz çıxışlarından məmnun qalıblar:

"Əlbəttə ki, güclü komandalar da var. Lakin biz daha güclü olmağa çalışırıq. Mübarizəni davam etdirəcəyik".

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Məqalədə:
Xəbər lenti

Xəbər lenti