...

Həndbol millimizin baş məşqçisi dünyasını dəyişib

İdman Materials 27 Sentyabr 2019 16:39 (UTC +04:00)
Kişilərdən ibarət milli həndbol komandasının baş məşqçisi vəfat edib.
Həndbol millimizin baş məşqçisi dünyasını dəyişib

Bakı. Ceyhun Ələkbərov - Trend:

Kişilərdən ibarət milli həndbol komandasının baş məşqçisi vəfat edib.

Bu barədə Trend-ə Azərbaycan Həndbol Federasiyasından məlumat veriblər.

“Məhsul” klubunun baş məşqçisi Hikmət Abdullayev 63 yaşında dünyasını dəyişib. Fəxri Bədən Tərbiyyəsi və İdman İşçisi ürək xəstəliyindən vəfat edib.

Mərhum bu gün Yasamal qəbirstanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti