...

Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşdə çinli şahmatçıya uduzub

İdman Materials 1 Oktyabr 2019 18:05 (UTC +04:00)
Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının ikinci oyunu başa çatdı.
Teymur Rəcəbov Dünya Kubokunun finalında ikinci görüşdə çinli şahmatçıya uduzub

Bakı. Trend:

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının ikinci oyunu başa çatıb.

Şahmat Federasiyasından Trend-ə bildirilib ki, dünya kubokunun həlledici matçda həmyerlimiz Teymur Rəcəbovla çinli Dinq Liren qarşı qarşıya gəlib və finalın ikinci partiyası çinli şahmatçının qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, Teymur Rəcəbov həmçinin Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötərəbər yarışın finalına qədər irəliləyə bilməyib.

Xatırladaq ki, final matçı dörd oyundan ibarətdir. Bu oyunlarda qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Oyunlar Bakı vaxtı ilə saat 14:00-da başlayır.

Finala vəsiqə qazanan Teymur Rəcəbov həmçinin 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa vəsiqə də qazandı.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti