...

Azərbaycanlı gimnast: Yarışlar öz gücünü sınamaq üçün əla fürsətdir

İdman Materials 13 Oktyabr 2019 14:36 (UTC +04:00)
Yarışlarda yaxşı nəticələr göstərmək istəyirəm
Azərbaycanlı gimnast: Yarışlar öz gücünü sınamaq üçün əla fürsətdir

Bakı. Cani Babayeva - Trend:

Yarışlarda yaxşı nəticələr göstərmək istəyirəm.

Bunu Trend-ə Zaqataladan olan bədii gimnastıka üzrə 6-cı bölgələrarası kubokun iştirakçısı Həvva Əbdürəhmanova deyib.

H. Əbdürəhmanova bildirib ki, o, Bakıda Milli Gimnastika Arenasında ilk dəfə çıxış edir:

"Salon gözəl, geniş və işıqlıdır - mən məmnunam. Burada çox rahatdır, ona görə də xalça üzərinə çıxmaqdan qorxmuram".

Gimnast qeyd edib ki, bu yarışlarda məqsədi yaxşı nəticə göstərməkdir: "Yarışların qalibi olmaq istəyirəm. İdmanda böyük nəticələr əldə etmək üçün çox məşq etmək lazımdır. Yarışlar öz gücünü sınamaq üçün əla fürsətdir".

Qeyd edək ki, oktyabrın 10-da bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatına start verilib.

Dördgünlük yarışda gimnastlar "gənclər", "yeniyetmələr", "uşaqlar" və "balacalar" yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti