...

Sərbəst güləşçilər dünya çempionatına Mahaçqalada hazırlaşır (VİDEO)

İdman Materials 17 Oktyabr 2019 15:40 (UTC +04:00)
Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir.
Sərbəst güləşçilər dünya çempionatına Mahaçqalada hazırlaşır (VİDEO)

Bakı. Trend:

Sərbəst güləşçilərimiz Dağıstanda təlim-məşq toplanışını davam etdirir.

Trend-in məlumatına görə, oktyabrın 10-da bu ölkənin paytaxtı Mahaçqalada startı verilən TMT 23 yaşadək güləşçilərin dünya çempionatına hazırlıq xarakteri daşıyır. Ayın 23-dək davam edəcək hazırlıq prosesində yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında müvafiq komandamız yerli güləşçilərlə birgə toplanış keçir.

Qeyd edək ki, U-23 dünya çempionatı oktyabrın 28-dən noyabrın 3-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti