...

Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb

İdman Materials 3 Dekabr 2019 00:46 (UTC +04:00)
İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb
Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb

Bakı. Trend:

İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi altıncı dəfə "Qızıl top" mükafatını qazanıb.

Trend-in məlumatına görə, L.Messi 2018/19 mövsümündə "Barselona"nın heyətində İspaniya çempionatının qalibi və 36 qolla turnirin bombardiri olub. Çempionlar Liqasında da 12 qol vuran argentinalı hücumçu bu turnirin bombardiri olub.

Ümumilikdə, klub səviyyəsində ötən mövsüm L.Messi 51 qol vuraraq "Qızıl buts" mükafatına layiq görülmüşdü.

Milli komanda ilə birlikdə isə L.Messi ötən mövsüm Amerika Kubokunda 3-cü yeri tutub. Turnir ərzində argentinalı hücumçu 1 qol ilə fərqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti