...

"Bavariya" ciddi itki verib

İdman Materials 26 Dekabr 2019 18:11 (UTC +04:00)
Münhen klubu "Bavariya" ciddi itki ilə üzləşib.
"Bavariya" ciddi itki verib

Bakı. Trend:

Münhen klubu "Bavariya" ciddi itki ilə üzləşib.

Trend-in məlumatına görə, klubun aparıcı oyunçularından biri - Xavi Martines Bundesliqanın 17-ci turunda "Volfsburq"la matçda (2:0) ciddi zədə alıb. Təcrübəli dayaq yarımmüdafiəçisinin ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Qeyd edək ki, Martines komandasının qış fasiləsi dönəmində Dohada təşkil olunacaq hazırlıq prosesində də iştirak edə bilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti