...

Boksçularımız ilk təlim-məşq toplanışına başlayıb

İdman Materials 6 Yanvar 2020 05:26 (UTC +04:00)
Kişi boksçulardan ibarət Azərbaycan millisi ilk təlim-məşq toplanışına başlayıb
Boksçularımız ilk təlim-məşq toplanışına başlayıb

Bakı. Trend:

Kişi boksçulardan ibarət Azərbaycan millisi ilk təlim-məşq toplanışına başlayıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığmamızın hazırlıq məşqləri Abşeron Olimpiya İdman Kompleksində təşkil olunub. Hazırlığa 18 boksçu dəvət edilib.

Təlim-məşq toplanışı 9 gün davam edəcək. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.

Toplanış yanvarda Tailandda keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə təşkil olunacaq Əhməd Comərdin xatirəsinə həsr edilmiş turnirlərə hazırlıq xarakteri daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti