...

Qadınlar arasında tamblinq yarışlarında finalçılar məlum olub

İdman Materials 15 Fevral 2020 13:03 (UTC +04:00)
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda qadınlar arasında tamblinq yarışlarında finalçıların adı məlum olub
Qadınlar arasında tamblinq yarışlarında finalçılar məlum olub

Bakı. Cani Babayeva - Trend:

Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda qadınlar arasında tamblinq yarışlarında finalçıların adı məlum olub.

Trend-in məlumatına görə, finala Houp Bravo (ABŞ), Emili Vambot (Fransa), Kendi Bri-Vetilar (Fransa), Tia Teylor (ABŞ), Viktoriya Danilenko (Rusiya), İrina Siliçyova (Rusiya) və Darya Kozyarskaya (Ukrayna) vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan gimnastı Fərid Mustafayev kişilər arasında tamblinq yarışlarında finala çıxmışdı.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.

15-16 fevral tarixlərində baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.

Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edir.

İki gün davam edəcək yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti