...

Tamblinqdə kişilər arasında yarışlarda mükafatçılar məlum oldu

İdman Materials 16 Fevral 2020 14:55 (UTC +04:00)
Amerikalı gimnast Kaden Braun Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamblinqdə kişilər arasında yarışlarda qızıl medal qazanıb
Tamblinqdə kişilər arasında yarışlarda mükafatçılar məlum oldu

Bakı. Cani Babayeva - Trend:

Amerikalı gimnast Kaden Braun Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda tamblinqdə kişilər arasında yarışlarda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, o, 75.400 xal yığıb.

İkinci yerdə 73.600 xalla Avstraliya gimnastı İtan MakGinness, üçüncü yerdə isə 72.700 xalla rusiyalı Aleksandr Lisitsın qərarlaşıb.

Azərbaycanlı gimnast finalda 57.600 xal toplayaraq 8-ci yeri tutub.

Qeyd edək ki, fevralın 15-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda yarışlar start götürüb. İki gün baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarışdır.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.

2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq batut gimnastikası üzrə Dünya Çempionatı təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti