...

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin nəticələri məlum oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 28 Fevral 2020 03:05 (UTC +04:00)
UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün 1/16 final mərhələsinin oyunları yekunlaşıb
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin nəticələri məlum oldu (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün 1/16 final mərhələsinə yekun vurulub.

Trend-in məlumatına görə, mərhələnin qarşılaşmaları aşağıdakı hesablarla nəticələnib:

"Ayaks" (Hollandiya) – "Xetafe" (İspaniya) 2:1, (İlk oyun - 0:2);

"Arsenal" (İngiltərə) – "Olimpiakos" (Yunanıstan) - 1:2, (İlk oyun - 1:0);

"Benfika" (Portuqaliya) – "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:3, (İlk oyun - 1:2);

"Seltik" (Şotlandiya) – "Kopenhagen" (Danimarka) - 1:3, (İlk oyun - 1:1);

"İnter" (İtaliya) – "Ludoqorets" (Bolqarıstan) – 2:1, (İlk oyun - 2:0);

"Mançester Yunayted" (İngiltərə) – "Brügge" (Belçika) - 5:0, (İlk oyun - 1:1);

"Sevilya" (İspaniya) – "ÇFR Kluj" (Rumıniya) – 0:0, (İlk oyun - 1:1).

26 fevral

21:00. "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) - 0:1 (İlk oyun - 2:3)

ХХХ

00:05 (GMT+4)

Fevralın 27-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün 1/16 final mərhələsinin yekun oyunları keçirilib.

Trend-in məlumatına görə, keçirilən oyunlar aşağıdakı hesablarla nəticələnib:

"Portu" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:3, (İlk oyun - 1:2);

"Espanyol" (İspaniya) - "Vulverhempton" (İngiltərə) - 3:2, ( İlk oyun - 0:4);

LASK (Avstriya) - "AZ Alkmaar" (Hollandiya) - 2:0, (İlk oyun - 1:1);

"Malmö" (İsveç) - "Volfsburq" (Almaniya) - 0:3 (İlk oyun - 1:2);

"Bazel" (İsveçrə) - APOEL (Kipr) - 1:0 (İlk oyun - 3:0);

"Gent" (Belçika) - "Roma" (İtaliya) - 1:1, (İlk oyun - 0:1);

Fevralın 27-də keçirilməli olan "Zaltsburq" (Avstriya) - "Ayntraxt" (Frankfurt, Almaniya) qarşılaşması əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti