...

İngiltərə Premyer Liqası: "Liverpul" bu mövsüm ilk dəfə məğlub oldu (NƏTİCƏLƏR)

İdman Materials 29 Fevral 2020 23:25 (UTC +04:00)
Bu gün İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində bir sıra oyunlar keçirilib
İngiltərə Premyer Liqası: "Liverpul" bu mövsüm ilk dəfə məğlub oldu (NƏTİCƏLƏR)

Bakı. Trend:

Bu gün İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində bir sıra oyunlar keçirilib.

Trend-in məlumatına görə, günün mərkəzi görüşündə "Utford" öz meydanında "Liverpul"u qəbul edib. Oyun ev sahibinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları İ.Sarr (54-cü və 60-cı dəqiqələr) və T.Dini vurublar.

Qeyd edək ki, "Liverpul" bu mövsüm ilk dəfə məğlub olub. Klubun keçirdiyi 28 oyundan 26-sı qalibiyyət, 1-i heç-heçə və 1 məğlubiyyətlə başa çatıb.

Digər oyunlarda qeydə alınan nəticələr:

"Norviç" - 1:0 - "Lester"

"Brayton" - 0:1 - "Kristal Pelas"

"Bornmut" - 2:2 - "Çelsi"

"Vest Hem" - 1:0 - "Saunthempton"

"Nyukasl Yunayted" - 0:0 - "Börnli"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti