...

Azərbaycanlı gimnast "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medal qazanıb

İdman Materials 8 Mart 2020 12:54 (UTC +04:00)
Azərbacan gimnastı Mənsum Səfərov kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin finalında sərbəst hərəkətlərdə 13.150 balla ikinci yeri tutub
Azərbaycanlı gimnast "AGF Junior Trophy" beynəlxalq turnirində gümüş medal qazanıb

Bakı. Cani Babayeva - Trend:

Azərbacan gimnastı Mənsum Səfərov kişi idman gimnastikası üzrə birinci "AGF Junior Trophy" beynəlxalq turnirinin finalında sərbəst hərəkətlərdə 13.150 balla ikinci yeri tutub.

Trend-in məlumatına görə, birinci yeri ukraynalı idmançı İvan Sevruk (13.750 bal), üçüncü yeri isə Gürcüstan təmsilçisi Daçi Dolidze (13.100 bal) tutublar.

Digər Azərbaycan gimnastı Anar Həsənov 11.950 bal toplayaraq 8-ci yerəd qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası ilk dəfə olaraq kişi idman gimnastikası üzrə "1-ci AGF Junior Trophy" adlı beynəlxalq turnir təşkil edir. Milli Gimnastika Arenasında keçiriləcək yarışda gənclər yaş qrupuna daxil olan 2003-2006-cı il təvəllüdlü gimnastlar öz bacarıqlarını nümayiş etdirəcəklər.

"AGF Junior Trophy" 27-31 may tarixində elə Milli Gimnastika Arenasında təşkil ediləcək kişi idman gimnastikası üzrə Avropa Çempionatından öncə gənc gimnastlar üçün bir növ sınaq turniri rolunu oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti