...

Ronaldinyo məhbuslar arasında matçda 5 qol vurdu

İdman Materials 14 Mart 2020 14:01 (UTC +04:00)
Braziliya futbol ulduzu, hazırda Paraqvayda həbsdə olan sabiq futbolçu Ronaldinyo məhbuslar arasında keçirilən matçda 5 qol vurub
Ronaldinyo məhbuslar arasında matçda 5 qol vurdu

Bakı. Trend:

Braziliya futbol ulduzu hazırda Paraqvayda həbsdə olan sabiq futbolçu Ronaldinyo məhbuslar arasında keçirilən matçda 5 qol vurub.

Trend-in məlumatına görə, matç həbsxanada təşkil olunan futbol turnirinin final oyunu olub.

Ronaldinyonun olduğu komanda 11:2 hesab ilə qalib gəlib, futbolçu özü isə 5 qol vurub, 6 məhsuldar ötürmə etməklə komandasının bütün qollarında iştirak edib.

Finalda qalib gələn komandaya mükafat olaraq 16 kiloqramlıq donuz təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti