...

Elxan Məmmədov: UEFA ilə məsləhətləşmələr aparırıq

İdman Materials 29 Mart 2020 13:05 (UTC +04:00)

Bakı. Trend:

Əlbəttə, situasiya fərqli, qeyri-adidir. COVİD-19 virusunun yayılması, bunun pandemiyaya çevrilməsi həyatın, demək olar ki, bütün sahələrinə öz təsirini göstərib.

Trend-in məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, idman, xüsusilə də, futbol baxımından da istisna deyil:

"Biz hər gün Avropadakı digər milli assosiasiyalarda çalışan həmkarlarımızla əlaqə saxlayırıq, mütəmadi qaydada UEFA ilə məsləhətləşmələr aparırıq. Həmçinin Peşəkar Futbol Liqasının və klublarımızın rəhbərliyi ilə daim təmasdayıq. Hadisələrin sonrakı gedişi ilə bağlı adını qeyd etdiyim qurumların təmsilçiləri ilə birgə müxtəlif senarilər üzərində düşünürük. Belə situasiyalarda qarşılıqlı əlaqə şəraitində çalışmalı və əlbəttə ki, ilk növbədə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına əməl etməliyik. Çünki ən vacib məsələ sağlamlığın qorunmasıdır. Futbolçuların fiziki hazırlıq səviyyəsi də diqqət mərkəzindədir, təbii ki, yeni qrafikdə fiziki hazırlıqla bağlı dövr nəzərə alınacaq. Hamımız anlayırıq ki, bizim də məxsus olduğumuz Avropa zonasında milli komandaların və bütün digər turnirlərin təqvimində dəyişiklik qaçılmazdır. Hələ ki səbirli olmalı və gözləməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti