...

Portuqaliyanın futbol çempionatının bərpa tarixi açıqlandı

İdman Materials 13 May 2020 00:40 (UTC +04:00)
Portuqaliyanın futbol çempionatının bərpa tarixi açıqlandı

Bakı. Trend:

Portuqaliyada ölkənin pandemiya səbəbindən dayandırılan futbol üzrə çempionatın bərpa tarixi açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə liqanın mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, turnir oyunları iyunun 4-də başlayacaq.

Xatırladaq ki, çempionat 24-ü turundan sonra dayandırılıb. Turnir çədvəlində 60 xalla "Portu" klubu liderdir. İkinci yerdə 59 xalla "Benfika", uçüncu pillədə isə 46 xalla "Braqa" qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti