...

Səlahət Ağayev maaşının azaldılmasına razı deyil

İdman Materials 1 İyul 2020 17:39 (UTC +04:00)
Səlahət Ağayev maaşının azaldılmasına razı deyil

Bakı. Trend:

"Neftçi" klubunun qapıçısı Səlahət Ağayev maaşının azaldılmasına razı olmur.

Trend-in məlumatına görə, klub rəhbərliyi Səlahət Ağayevin maaşının azaldılmasını istəyir. Lakin qapıçı qüvvədə olan 1 illik müqaviləsinin maliyyə dəyərinin aşağı salınması təklifini qəbul etməyib.

Hazırda təcrübəli qolkiperlə danışıqlar aparılır.

Səlahət Ağayev bu il cəmi 1 rəsmi oyunda meydan çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti