...

Futbol üzrə İspaniya çempionatında "Real" "Qranada"nı məğlub etdi

İdman Materials 14 İyul 2020 05:43 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə İspaniya çempionatının 36-cı turunda Madrid "Real"ı ilə "Qranada" komandaları görüşüb.

Trend-in məlumatına görə, oyun madridlilərin 2:1 hesabı qələbəsi ilə başa çatıb.

Qolları qalib komanda tərəfindən Ferlan Mendi (10-cu dəqiqə) və Karim Benzema (16-cı dəqiqə), "Qranada" tərəfindən isə yeganə qolu Darvin Maçis (50-ci dəqiqə) vurublar.

"Real" doqquzuncu ardıcıl qələbəsini qazanaraq 83 xalla turnir cədvəlində 1-ci, "Qranada" isə 50 xalla 10-cu yeri tutrlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti