...

Futbol üzrə Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i məğlub etdi

İdman Materials 21 Avqust 2020 23:03 (UTC +04:00)
Futbol üzrə Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail"i məğlub etdi

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün I turunda "Neftçi" "Səbail" komandaları arasında görüş keçirilib.

Trend-in məlumatına görə, "Bakcell Arena"da keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Qolları "Neftçi" tərəfindən Namiq Ələsgərov (16-cı və 66-cı dəqiqələr), "Səbail"ın heyətindən isə Peyman Keşavarz (79) vurublar.

Günün digər matçında "Keşlə" səfərdə "Sumqayıt"a minimal hesabla qalib gəlib - 1:0. Avqustun 22-də "Qarabağ" - "Sabah", 23-də isə "Qəbələ" - "Zirə" oyunları keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti